Son dəqiqə

Azərbaycan Türkiyə Qazaxıstan

İstanbulda Azərbaycanda keçiriləcək qeyri-rəsmi OTS Sammitinə hazırlıq müzakirə olunacaq

Bakı,TurkicWorld

İstanbulda Türk Dövlətləri Təşkilatının (OTT) Azərbaycanda keçiriləcək qeyri-rəsmi sammitinə hazırlıq müzakirə olunacaq.

TurkicWorld xəbər verir ki,bu sözləri Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarov brifinq zamanı bildirib.

“29-30 aprel 2024-cü il tarixlərində İstanbulda OTS-nin Yüksək Vəzifəli Şəxslər Komitəsinin 43-cü iclası keçiriləcək. İclasda 3 noyabr 2023-cü il tarixində Astanada keçirilmiş 10-cu OTS Sammiti zamanı əldə edilmiş razılaşmaların icrasının gedişi, o cümlədən bu yay Azərbaycanda keçirilməsi planlaşdırılan qeyri-rəsmi OTS Sammitinə və 2024-cü ilin oktyabrında Qırğızıstanda keçirilməsi planlaşdırılan növbəti 11-ci OTS Sammitinə hazırlıq işləri, bundan əlavə, müzakirələr təşkilat çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinə yönəldiləcək”, – deyə o vurğulayıb.

Qeyd edək ki, qeyri-rəsmi OTS Sammitinin bu ilin iyulunda Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

Mövzuya görə xəbərlər