Son dəqiqə

Qazaxıstan İslam İnkişaf Bankı

İslam İnkişaf Bankı Qazaxıstanda su layihələrini maliyyələşdirəcək

Bakı. TurkicWorld:

İslam İnkişaf Bankı Qazaxıstanda su təsərrüfatı layihələrinin həyata keçirilməsi üçün qrantlar və maliyyə ayıracaq.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qazaxıstan Respublikasının Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Nurlan Baybazarovun Nurlan Baybazarovun İİB Qrupunun prezidenti Məhəmməd Əl-Jasser və İslam İnvestisiya və İxrac Kredit Sığorta Korporasiyasının (ICIEC) baş icraçı direktoru Osama Kaissi ilə görüşü zamanı əldə edilib.

Danışıqlar nəticəsində İİB qrupu tərəfindən Qazaxıstan Respublikasının su təsərrüfatı sahəsində layihələrə irimiqyaslı investisiyaların istiqamətləndirilməsi, habelə müvafiq texniki sənədlərin hazırlanması üçün qrantların ayrılması barədə razılıq əldə olunub.

Xatırladaq ki, Qazaxıstan Respublikası 1995-ci ildə İslam İnkişaf Bankına üzv olub. Bu müddət ərzində İİB qrupunun iştirakı ilə respublikada ümumi dəyəri təxminən 1,8 milyard ABŞ dolları olan 67 layihə həyata keçirilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər