Özbəkistan-Çin əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Özbəkistan-Çin əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Bakı. TurkicWorld:

Pekində Özbəkistan-Çin Hökumətlərarası Komitəsinin təhlükəsizlik üzrə əməkdaşlıq üzrə alt komitəsinin 8-ci iclası və Özbəkistan və ÇXR xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata əsasən, tərəflərin nümayəndə heyətlərinə Özbəkistanın xarici işlər nazirinin müavini Bobur Usmanov və Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Sonq Veydonq rəhbərlik ediblər.

Danışıqlar zamanı Özbəkistan-Çin əməkdaşlığının vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Özbəkistan Prezidentinin 2024-cü ilin yanvarında Çinə dövlət səfəri nəticəsində əldə edilmiş razılaşmaların icrasının sürətləndirilməsinə xüsusi diqqət yetirilib.

Çin tərəfi respublikada dövlət idarəçiliyinin və qanunvericilik sahəsinin təkmilləşdirilməsi, milli iqtisadiyyatın liberallaşdırılması və modernləşdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib.

Görüşdə siyasi, ticarət-iqtisadi, investisiya, hərbi, mədəni və humanitar sahələrdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi üçün mövcud əhəmiyyətli potensialın reallaşdırılmasında qarşılıqlı maraq təsdiq edilib.

Mədəni, humanitar və turist mübadiləsinin artırılması ilə bağlı təkliflərə baxılıb.

BMT və digər beynəlxalq qurumlar çərçivəsində tərəflər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Həmçinin beynəlxalq və regional siyasətin aktual aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

X: Lamanasadli01