Bakı. TurkicWorld:
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayevlə görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.
"Özbəkistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev ilə ölkələrimizin birgə həyata keçirdiyi layihələrin perspektivləri, Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, sənaye, hasilat, rəqəmsallaşma, turizm və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - o qeyd edib.