Son dəqiqə

Azərbaycan Pakistan

Pakistanlı baş nazir Azərbaycana səfər edəcək

Bakı, TurkicWorld

Pakistanın baş naziri Şahbaz Şərif fevralın üçüncü həftəsində Azərbaycan və Özbəkistana rəsmi səfərlər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə "TheNews" nəşri məlumat yayıb.

Şərifin başçılıq etdiyi nümayəndə heyətinə baş nazir müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar və digər yüksək vəzifəli federal məmurların, nazirlərin, o cümlədən nüfuzlu iş adamlarının daxil olacağı deyilir.

Qeyd edilir ki, bu, Pakistan baş nazirinin son yeddi ay ərzində Azərbaycanın paytaxtına sayca üçüncü səfəri olacaq.

Mövzuya görə xəbərlər