Özbəkistanda doğum səviyyəsi azalmağa başlayıb

Özbəkistanda doğum səviyyəsi azalmağa başlayıb

Bakı, TurkicWorld:

Özbəkistanda doğum səviyyəsi azalmağa başlayıb,

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, 2024-cü ilin ilk 2 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı 2,6% azalıb.2024-cü ilin yanvar-fevral aylarında respublikanın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında 137 min 459 yeni doğulmuş körpə qeydə alınıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% azdır.Ölkədə qeydə alınan nikahların sayı artıq ikinci ildir ki, azalır və 2023-cü ildə yeni dövr üçün ən az nikah qeydə alınıb (283,8 min). Daha aşağı göstərici 2016-cı ildə (275 min) qeydə alınıb.Süni bürokratik maneələrə baxmayaraq, 2023-cü ildə boşanmaların sayı 49,2 min nəfərə çatıb.