Türkmənistanda Özbəkistan Mədəniyyət Günləri keçiriləcək

Türkmənistanda Özbəkistan Mədəniyyət Günləri keçiriləcək

Bakı. TurkicWorld:

Türkmənistanda Özbəkistan Mədəniyyət Günləri keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Özbəkisanın Mədəniyyət naziri Ozodbek Nazarbekovla Türkmənistanın Özbəkistandakı səfiri Şadurdı Meredovun görüşü zamanı əldə edilib.

Məlumata əsasən, danışıqlar zamanı birgə həyata keçirilməsi planlaşdırılan bir sıra mədəni tədbirlərlə bağlı məsələlər müzakirə olunub.

O cümlədən, 26-27 mart 2024-cü il tarixlərində Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyinin başçılıq etdiyi nümayəndə heyətinin və yaradıcı qrupun “Türk Dünyasının Mədəniyyət Paytaxtı” tədbirləri üçün Türkmənistanın Anau şəhərinə səfəri planlaşdırılır.

X: Lamanasadli01