Şavkat Mirziyoyev “Bayraktar TB2”-yə baxış keçirib

Şavkat Mirziyoyev “Bayraktar TB2”-yə baxış keçirib

Bakı. TurkicWorld:

“Bayraktar TB2” kəşfiyyat və zərbə pilotsuz uçuş aparatı Özbəkistan prezidentinə nümayiş etdirilib.

TurkicWorld-un məlumatına görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Surxandəryadakı hərbi hissədə olub.

Prezident hərbi hissədə yaradılan şərait, hərbi texnika, sərhədin mühafizəsi üçün istifadə olunan silah-sursatla tanış olub.

Eyni zamanda, prezidentə pilotsuz uçuş aparatlarının istifadəsi haqqında məlumat verilib, onların istehsalı məsələləri müzakirə edilib.

Şavkat Mirziyoyevə, Silahlı Qüvvələrin potensialının artırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin hazırlığı, idarə olunması, müasir silah sistemlərinin və pilotsuz uçuş aparatlarının saxlanılması sahəsində görülən işlər barədə məlumat verilib.

Aytac Süleymanova

Twitter: a_alieva_