Bakı. TurkicWorld:
Türk dövlətlərinin çoxtərəfli tərəfdaşlığı yeni dinamika qazanıb.
TurkicWorld xəbər verir ki, bu sözləri Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşü zamanı deyib.
Məlumata əsasən, görüş zamanı Özbəkistanın sədrliyi çərçivəsində həyata keçirilən birgə işlərin yekunlarına və təşkilatın qarşıdan gələn sammitinə hazırlıq məsələlərinə baxılıb.
"100-dən çox tədbir keçirilib, praktiki qarşılıqlı fəaliyyət üçün bir neçə yeni platforma yaradılıb. Özbəkistan da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının tamhüquqlu üzvü olub", - deyə Mirziyoyev əlavə edib.
Qeyd edək ki, 3 noyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanda iclası keçiriləcək və Şimali Kipr Türk Respublikası bu iclasda müşahidəçi üzv kimi iştirak edəcək.
Ləman Əsədli
Twitter: lamanasadli01