Daşkənd və Mayami hava limanları arasında müntəzəm uçuşların həyata keçirilməsi müzakirə edilib

Daşkənd və Mayami hava limanları arasında müntəzəm uçuşların həyata keçirilməsi müzakirə edilib

Bakı. TurkicWorld:

Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev ABŞ-a səfəri zamanı Mayami Beynəlxalq Hava Limanında Marketinq və Hava Xidmətinin İnkişaf Direktoru Emir Pineda ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, görüş çərçivəsində Daşkənd və Mayami hava limanları arasında müntəzəm uçuşların həyata keçirilməsi, aviasiya sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, Mayami Beynəlxalq Hava Limanı 2022-ci ildə 50 milyondan çox sərnişin qəbul edib və COVID-19 pandemiyasından sonra artıma nail olan ilk hava llimanlarından biri olub.

Ləman Əsədli
Twitter: Lamanasadli01