Son dəqiqə

BMT Özbəkistan Şavkat Mirziyoyev

Şavkat Mirziyoyev ABŞ-a rəsmi səfər edib

Bakı. TurkicWorld:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyasının tədbirlərində iştirak etmək üçün ABŞ-a rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, prezident Mirziyoyevi hava limanında Nyu-York meri Erik Adams, Amerika-Özbəkistan Ticarət Palatasının sədri Kerolin Lamm və digər rəsmi şəxslər qaşılayıb.

Məlumata əsasən, Özbəkistan prezidenti BMT Baş Assambleyasının plenar sessiyasının ümumi müzakirələrində məruzə edəcək, regional və qlobal gündəliyin aktual problemlərinə dair fikrini bildirəcək.

Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası 19-25 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər