Bakı. TurkicWorld:
Qazaxıstan və Özbəkistan enerji resurslarının gömrük sərhədindən keçirilməsinə nəzarəti gücləndirir.
TurkicWorld xəbər verir ki, bununla bağlı saziş bu gün Qazaxıstan parlamentində qəbul edilib.
“Sazişin məqsədi Qazaxıstan-Özbəkistan gömrük sərhədindən boru kəmərləri və elektrik xətləri ilə nəql olunan enerji resurslarına nəzarətin səmərəliliyini artırmaqdır”, - deyə Qazaxıstan Baş nazirinin müavini, maliyyə naziri Yerulan Jamaubayev qanun layihəsini parlamentin plenar iclasında təqdim edərkən bildirib.
Qeyd edək ki, saziş 6 dekabr 2021-ci il tarixində Astanada imzalanıb və 6 may 2022-ci ildə Özbəkistan tərəfindən ratifikasiya edilib.
Ləman Əsədli
Twitter: lamanasadli01







