Özbəkistan və Çin 40-dan çox sənəd imzalayıblar

Özbəkistan və Çin 40-dan çox sənəd imzalayıblar

Bakı TurkicWorld

Özbəkistan və Çin 40-dan çox sənəd imzalayıblar.

TurkicWorld xəbər verir ki , sənədlər Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında imzalanıb.

Tərəflər arasında aşağıdakı sənədlər imzalanıb :

- Özbəkistan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş;

- Özbəkistan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Özbəkistan-Çin hökumətlərarası komitəsinin yaradılması haqqında sazişə əlavə və dəyişikliklər edilməsi haqqında protokol;

- Özbəkistan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında ümumtəhsil məktəblərinin potensialının inkişafı layihəsinin həyata keçirilməsi haqqında saziş;

- Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi arasında quş ətinin tədarükünə dair karantin və baytarlıq-sanitariya tələbləri haqqında protokol;

- Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi arasında üzümün ixracına fitosanitar tələblərə və nəzarətə dair protokol;

- Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi ilə Çin Xalq Respublikasının baş gömrük idarəsi arasında operatorlar proqramının qarşılıqlı tanınması haqqında saziş;

- Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında prioritet investisiya layihələrinin təşviqi üçün anlaşma memorandumu;

- Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi ilə Çin Xalq Respublikası Dövlət Şurasının mətbuat xidməti arasında kütləvi informasiya vasitələri sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu;

- Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üçün əməkdaşlıq proqramı;

- Daşkənd şəhəri ilə Sıçuan əyaləti arasında tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında saziş;

– Sırdərya rayonu ilə Şensi əyaləti arasında tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında saziş;

- Səmərqənd vilayəti ilə Şensi əyaləti arasında tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında saziş.

Bundan əlavə, bir sıra mühüm iqtisadi sazişlərdə imzalanıb