Son dəqiqə

Pakistan Türkmənistan ikitərəfli əməkdaşlıq Aşqabad İslamabad

Pakistan Türkmənistana hava əlaqələrinin bərpasını təklif edir

BAKI, TurkicWorld, Fərid Mikayılov

Pakistan, Türkmənistanla birbaşa hava reyslərinin bərpası təşəbbüsü ilə çıxış edib.

TurkicWorld xəbər verir ki, təklif Türkmənistanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri doktor Faryal Legharinin “Neýtralnyý Türkmenistan” qəzetində dərc olunan məqaləsində öz əksini tapıb.

Səfirin sözlərinə görə, Aşqabad ilə Pakistan arasında iki saatlıq uçuşun bərpası 240 milyondan çox əhalisi olan ölkənin vətəndaşlarına təkcə Türkmənistana asanlıqla səfər etmək imkanı yaratmayacaq. Bu həm də “Türkmenhowaýollary” şirkətinin Avropa, Rusiya, Çin, Uzaq Şərq və Asiya-Sakit okean regionuna uzanan beynəlxalq şəbəkəsindən istifadəni təmin edəcək.

Birbaşa hava əlaqələrinin bərpasının ticarətin, tibbi turizmin, təhsil və mədəniyyət mübadilələrinin inkişafına təkan verəcəyi vurğulanıb. Həmçinin manqo, sitrus meyvələri, tərəvəz, ət və düyü kimi kənd təsərrüfatı məhsullarının sürətli daşınmasına şərait yaradacağı bildirilib.

Pakistanın “Mərkəzi Asiya baxışı” siyasəti çərçivəsində Türkmənistanı ölkənin daxili bazarları ilə birləşdirəcək və Kəraçi ilə Qvadar limanları vasitəsilə beynəlxalq bazarlara çıxışı təmin edəcək yeni ticarət və nəqliyyat dəhlizlərinin yaradılması təklif olunur.

Məqalədə həmçinin vurğulanıb ki, Pakistan artıq türkmən iş adamlarına 24 saat ərzində iş vizası almaq imkanı yaradıb. Əməkdaşlığın əsas istiqamətlərindən biri kimi tekstil sənayesi göstərilir. Bu çərçivədə Türkmənistandan pambıq, iplik və ipək məhsullarının Pakistana ixracı, Pakistandan isə hazır tekstil və geyim məhsullarının Türkmənistan bazarına çıxarılması planlaşdırılır.

Mövzuya görə xəbərlər