Son dəqiqə

BMT Aşqabad Səfir Qismət Gözəlov Aşqabadda elmi əməkdaşlığı müzakirə edib

Aşqabadda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Aşqabad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Türkmənistandakı Nümayəndəliyində BMT Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ölkəmiz Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin xüsusi guşəsi ilə təmsil olunub.

Türkmənistan xarici işlər nazirinin müavini Mehri Başimova diplomatik korpus nümayəndələri ilə birlikdə Azərbaycan guşəsi ilə tanış olub.

Tədbir çərçivəsində Səfirlik üçün ayrılmış guşədə Azərbaycanın zəngin tarixi və mədəni irsi, milli dəyərləri və adət-ənənələri, eləcə də ölkəmizin iqtisadi və turizm potensialı haqqında məlumatlar təqdim edilib. Həmçinin “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş etdirilib. Təqdim olunan məhsullar arasında Azərbaycanın mineral suyu “İstisu” xüsusi maraqla qarşılanıb.

Həmçinin guşədə Azərbaycan milli mətbəxinin ləziz yeməkləri və şirniyyatları da qonaqlara təqdim olunub. İştirakçılara milli yemək və şirniyyatlarımız haqqında məlumat verilib, onlar Azərbaycan mətbəxinin zəngin təamlarını dadmağa dəvət ediliblər.

Bununla yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, xalça sənəti, incəsənəti və turizm potensialı haqqında kitab və broşürlər nümayiş etdirilib və tədbir iştirakçılarına paylanılıb.

Tədbir proqramı çərçivəsində müxtəlif ölkələrin milli adət-ənənələri və musiqi mədəniyyəti də təqdim olunub. Proqram çərçivəsində nümayiş etdirilən Azərbaycan milli rəqsləri isə qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Mövzuya görə xəbərlər