“Mədəniyyət Paytaxtı” adı Anev şəhərinə verilib

“Mədəniyyət Paytaxtı” adı Anev şəhərinə verilib

Bakı. TurkicWorld:

2023-cü il Türk Dünyası Mədəniyyət Paytaxtı Şuşa tədbirlərinin bağlanış proqramı ilə “Mədəniyyət Paytaxtı” adı Türkmənistanın Anev şəhərinə verilib.

TurkicWorld-un məlumatına görə, Şuşa şəhərində keçirilən tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamuradov, Azərbaycan Prezidentinin Şuşa xüsusi nümayəndəsi Aydın Kərimov, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş və TÜRKSOY-a üzv ölkələrin nümayəndələri iştirak ediblər.

Nazir Kərimli tədbirdəki çıxışında il ərzində Şuşada çoxlu tədbirlərin keçirildiyini, bu tədbirlərdə həm Azərbaycanın, həm də türk dünyasının zəngin mədəniyyətinin tanıdıldığını bildirib.

Türkmənistanın mədəniyyət naziri Şamuradov türk dövlətləri arasında mədəni əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu bildirib. Şamuradov bildirib ki, TÜRKSOY-un həyata keçirdiyi tədbirlər türk dünyasının birliyinə xidmət edir.

Tədbir Azərbaycan, Türkmənistan və Özbəkistan incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Aytac Süleymanova

Twitter: a_alieva_