Son dəqiqə

Ermənistan Nikol Paşinyan

Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

BAKI,TurkicWorld

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlament seçkilərində səslərin 56,7 faizini toplayır.

TurkicWorld-un məlumatına görə, bu barədə Ermənistanın hakim partiyasının şifarişi ilə keçirilən "exit-poll" məlumatlarında bildirilib.

Həmçinin bildirilib ki, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan tərəfindən qurulan "Güclü Ermənistan" partiyası seçicilərin 17,5 faizinin dəstəyini qazanıb. Digər siyasi qüvvələrin nəticələri barədə məlumat verilməyib.

Mövzuya görə xəbərlər