
Bakı. TurkicWorld:
Türkmənistan Özbəkistan yüklərinin Rusiyaya daşınması üçün mühüm dəhliz olacaq.
TurkicWorld-un məlumatına görə, Rusiya və Özbəkistan, Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Rusiya multimodal marşrutu üzrə malların ixrac-idxal daşımalarının təşkili imkanlarını müzakirə ediblər.
Bu məsələ Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamovla Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Dmitri Zverev arasında keçirilən görüşdə müzakirə olunub.
Eyni zamandan, görüşdə nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan əlavə, Qırğızıstan da Türkmənistanın Xəzər limanı vasitəsilə Rusiya ilə nəqliyyat əlaqələrinin qurulmasında maraqlıdır.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Türkmənistan, Qırğızıstan, Rusiya və Özbəkistanın səlahiyyətli qurum və müəssisələrinin nümayəndələri ilə dördtərəfli görüşlər keçirilib.
Aytac Süleymanova
Twitter: a_alieva_