Aşqabad-Paris uçuşlarının bərpası gözlənilir

Aşqabad-Paris uçuşlarının bərpası gözlənilir

Bakı. TurkicWorld:

Aşqabad-Paris uçuşlarının bərpası gözlənilir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkmənistan Nəqliyyat və Rabitə Agentliyinin baş direktorunun müavini Batır Annayev məlumat verib.

"Türkmənistan, Aşqabad və Paris arasında sərnişin hava nəqliyyatının bərpasının texniki detalları üzərində işləyir. 2013-2018-ci illərdə həyata keçirilən Aşqabad-Paris reysi iki ölkə arasında ən əlverişli əlaqələrdən biri olub. Bu il alınmış iki Airbus A330-200P2F yük təyyarəsi milli aviaşirkətin imkanlarını xeyli artırıb",- deyə Annayev bildirib.

Batır Annayev qeyd edib ki, Fransanın "Thales Alenia" Space şirkəti ilə əməkdaşlıq sayəsində Türkmənistan da öz rabitə peyki olan ölkələr siyahısına daxil olub. Milli peyk bütün ölkə ərazisində yüksək sürətli və etibarlı rabitə yaratmaqla yanaşı, regionun digər ölkələrinə də rabitə xidmətləri göstərməyə imkan verir.

Aytac Süleymanova

Twitter: a_alieva_