Türkmənistan beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək

Türkmənistan beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək

Bakı. TurkicWorld:

Türkmənistan 2023 beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək.

TurkicWorld-un məlumatına görə, beynəlxalq turnir 2023-cü il oktyabrın 16-dan 22-dək Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək. Tədbir Yıldız otelinin cənubunda yerləşən qolf klubunda baş tutacaq.

Yarışda Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus, Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanından qolfçular və yerli peşəkar idmançılar iştirak edəcək.

Bu turnirdən əvvəl Rusiyanın tanınmış qolfçusu Anton Samsonov Türkmənistana gəlmişdi. O, yerli peşəkarlara və həvəskarlara ustad dərsləri keçib, həmçinin onlara düzgün məşq etməyi öyrətdi.

Müsabiqə proqramına Aşqabadın turistik yerlərinə ekskursiya proqramı da daxildir. Çempionatın məqsədi beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və Türkmənistanda qolfun kütləviliyini genişləndirməkdir.

Aytac Süleymanova

Twitter: a_alieva_