Türkmənistan və Macarıstan müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməyə davam edir

Türkmənistan və Macarıstan müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməyə davam edir

Bakı. TurkicWorld:

Macarıstanın baş naziri Viktor Orbanın Türkmənistana rəsmi səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üzrə sazişlər imzalanıb.

TurkicWorld-un məlumatına görə, Macarıstanın baş naziri Viktor Orban, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov tərəfindən rəsmi mərasimlə qarşılanıb. Daha sonra yüksək səviyyəli görüşlər keçirilib. Danışıqlardan sonra ikitərəfli sazişlər imzalanıb.

Tərəflər arasında imzalanan sazişlər:

Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Diplomatik Akademiyası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

Myrat Garryev Türkmənistan Dövlət Tibb Universiteti ilə Semmelweis Universiteti arasında akademik və elmi əməkdaşlıq müqaviləsi;

Türkmənistan Dövlət Su Ehtiyatları Komitəsi və Macarıstanın Daxili İşlər Nazirliyi arasında su təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

Türkmənistan Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2024-2026-cı illər üçün Stipendium Hungaricum proqramı çərçivəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

Türkmənistan Mədəniyyət Nazirliyi və Macarıstan Turizm Agentliyi arasında turizm sahəsində Anlaşma Memorandumu;

Türkmənistan Mədəniyyət Nazirliyi ilə Macarıstanın Mədəniyyət və İnnovasiyalar Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı;

Türkmənistan Hökuməti və Macarıstan Hökuməti arasında investisiyaların təşviqi və qorunması haqqında Saziş.