Türkiyədə Prezident seçkilərinin nəticələri bugün açıqlana bilər – Hulusi Akar

Türkiyədə Prezident seçkilərinin nəticələri bugün açıqlana bilər – Hulusi Akar

Bakı TurkicWorld

Türkiyədə Prezident seçkilərinin nəticələri bu gün açıqlana bilər.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar deyib.

“Bu bir seçki prosesidir və hələ də davam edir. Nəticə hələ məlum deyil. Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilə bilər”,- deyə Hulusi Akar bildirib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Mehriban Xəlilli
@MXalilbekova