Türkiyə dünyada və regionda sözü dinlənilən ölkədir - Hulusi Akar

Türkiyə dünyada və regionda sözü dinlənilən ölkədir - Hulusi Akar

Bakı, TurkicWorld:

Türkiyə regionda və dünyada dinləyən deyil, sözü dinlənilən ölkədir, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Akar onu da qeyd edib ki, Türkiyənin gördüyü və görəcəyi işlər həm regionda, həm də dünyada maraq doğurur.

"Qara dəniz taxıl müqaviləsi ilə ehtiyacı olanlara 30 milyon ton taxıl daşındı. Bu gün İstanbulda Türkiyə, Rusiya, Ukrayna müdafiə nazirlərinin müavinləri və BMT rəsmilərinin görüşü başlayıb. Bu işin dayanmaması və sabitliyin qorunub saxlanması üçün danışıqlarımızı davam etdiririk", - deyə H. Akar əlavə edib.

Məlumat üçün bildirək ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. 2022-ci il 19 noyabr tarixindən müqavilənin 120 gün uzadılması barədə qərar qəbul edilib.

Ləman Əsədli

Twitter: lamanasadli01