Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Botas

Türkiyənin ilk qaz mayeləşdirmə gəmisi tikiləcək

Bakı, TurkicWorld:

Türkiyənin Boru Kəmərləri ilə Neft Nəqliyyat Korporasiyası (BOTAŞ) 180 min kubmetr tutuma malik “FSRU” (qazı mayeləşdirmə) gəmisinin tikintisinə xarici sərmayə qoyuluşu üçün təşviq sertifikatı alıb.

TurkicWorld xəbər verir ki, bu investisiya sayəsində 399 milyon dollarlıq təchizat və avadanlıq idxal ediləcək.

Qeyd edək ki, Türkiyə daha öncə FSRU gəmilərini xarici ölkələrdən sifariş edirdi. 2021-ci ildə 263 min kubmetr tutumlu Cənubi Koreya istehsalı Ertuğrul Qazi FSRU (LNG saxlama) gəmisini təhvil alan BOTAŞ şirkəti xarici şirkətlərlə Türkiyədə ilk FSRU gəmisini tikəcək.

Xatırladaq ki, Türkiyənin Qaradəniz təbbi qazı aprelin 19-da Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib.

Bundan əlavə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də Qara dəniz qazının istismara verilməsi mərasimində təbii qazın əhaliyə 1 ay ərzində ödənişsiz veriləcəyini bildirib.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər