Bakı, TurkicWorld:
Müxalifət Türkiyə şəhərlərində təxribatlar törədir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədirnə vilayətində keçirilən seçki mitinqində çıxışı zamanı deyib.
O, dünən Millət İttifaqının sədr müavini və İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun Ərzurumda keçirilən mitinqində hücumla bağlı qeyd edib ki, müxalifət özü təxribatlar törədərək Türkiyə şəhərlərini ləkələməyə çalışır.
Qeyd edək ki, mayın 7-də Türkiyənin Millət İttifaqının sədr müavini və İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun Ərzurumda keçirilən mitinqində daşlı hücum olub.
İmamoğlunun çıxıs etdiyi avtobusa mitinqdə iştirak edən şəxslər tərəfindən daşla hücum edilib.
Ləman Əsədli
Twitter: lamanasadli01







