Son dəqiqə

Türkiyə BMT Rusiya Ukrayna Hulusi Akar taxıl dəhlizi

BMT, Türkiyə, Rusiya və Ukraynadan olan texniki heyətlə görüşün keçirilməsi vacibdir - Akar

Bakı. TurkicWorld:

Sabah nazir müavinlərinin görüşündən əvvəl BMT, Türkiyə, Rusiya və Ukraynadan olan texniki heyətlə görüşün keçirilməsi vacibdir.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar görüşlə bağlı sualları cavablandırarkən deyib.

"Bu görüşdən sonra, gələn həftə nazir müavinlərinin görüşü də keçiriləcək”- deyə Akar qeyd edib.

O bildirib ki, başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla əlaqədar nazirliklərin görüşlərindən sonra “taxıl sazişi”-nin müddəti mayın 18-dək uzadılıb.

Məlumat üçün bildirək ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. 2022-ci il 19 noyabr tarixindən müqavilənin 120 gün uzadılması barədə qərar qəbul edilib.

Türkiyənin “taxıl dəhlizi” sazişi vasitəsilə mart ayının 19-dan etibarən 31 gəmi ilə 1 milyon 215 min 354 ton olmaqla, ümumilikdə 25 milyon tondan çox taxıl daşınıb.

Mövzuya görə xəbərlər