Bakı, TurkicWorld
Türkiyə ordusu İraqın şimalında "Pençe-Kilit" anti-terror əməliyyatı nəticəsində son 10 gündə PKK terror təşkilatının 40 üzvünü zərərsizləşdirib, TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə nazir Hulusi Akar bildirib.
Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.
Ləman Əsədli







