Bakı, TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.
TurkicWorld xəbər verir ki, Türkiyənin Atak, Gökbey və T-70 helikopterləri qol uçuşu həyata keçirib.
Məlumata əsasən, mərasim zamanı Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan HÜRKUŞ təyyarəsi nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan təyyarənin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.
Ləman Əsədli







