Bakı. TurkicWorld:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada dünən keçirdiyi əməliyyatda DEAŞ-ın qondarma lideri Əbu Hüseyn əl-Qureşinin zərərsizləşdirildiyini bildirib.
TurkicWorld-un məlumatına görə, Ərdoğan terrorla mübarizənin davam edəcəyini vurğulayıb.
"MİT uzun müddətdir ki, İŞİD lideri Əbu Hüseyn əl Qureşi kod adlı qondarma şəxsi izləyirdi. Dünən Suriyadakı əməliyyatla zərərsizləşdirildi. " – deyə Ərdoğan qeyd edib.
O bildirib ki, bundan sonra terror təşkilatlarına qarşı ayrı-seçkilik etmədən mübarizəni davam etdirəcəyik.







