Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Kızılelma" F-16 ilə qol uçuşu həyata keçirib

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Kızılelma" F-16 ilə qol uçuşu həyata keçirib

Bakı. TurkicWorld:

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Kızılelma" F-16 ilə qol uçuşu həyata keçirib.

TurkicWorld-in məlumatına görə, dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsi ilə F-16 eyni anda yan-yana uçub.

Türkiyənin Baykar şirkəti İdarə Heyətinin sədri Səlcuq Bayraktar və həyat yoldaşı Sümeyye Ərdoğan Bayraktar Kızılelma və F-16-nın keçid anını salamlayıb.

Məlumat üçün qeyd edək ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib.

8,5 ton uçuş çəkisi və 1500 kq yük daşıma qabiliyyəti olan Bayraktar KIZILELMA 18-20 aprel tarixlərində dörd uçuşla ümumilikdə səkkiz sınaq uçuşu keçirib və uçuş-enmə zolağında aşağı hündürlükdə 630 km/saat sürətlə sınaq manevrləri həyata keçirib.