Son dəqiqə

Türkiyə Vladimir Putin Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının (NGS)

Ərdoğan Rusiya prezidentinə Akkuyu AES-ə göstərdiyi dəstəyə görə təşəkkür edib

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, Türkiyə prezidenti Vladimir Putinə Akkuyu Atom Elektrik Stansiyasına göstərdiyi dəstəyə görə təşəkkür edib.

Məlumata əsasən, prezidentlər Türkiyə-Rusiya münasibətləri və regional məsələlərlə yanaşı taxıl dəhlizi sazişi ilə bağlı müzakirələr aparıb.

Görüşdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.

Qeyd edək ki, AES-ə yanacaq yüklənməsi ilə Türkiyə nüvə enerjisi olan ölkə statusu alacaq.

Məlumat üçün bildirək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Mövzuya görə xəbərlər