Son dəqiqə

Türkiyə Vladimir Putin Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının (NGS)

Türkiyənin Akkuyu AES-nin açılış mərasimi təxirə salınıb

Bakı, TurkicWorld:

Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının bugünki açılış mərasimi yerli vaxtla saat 17:00-a təxirə salınıb.

TurkicWorld xəbər verir ki, açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya prezidenti Vladimir Putinin videokonfransla qatılacağı gözlənilir.

Qeyd edək ki, AES-ə yanacaq yüklənməsi ilə Türkiyə nüvə enerjisi olan ölkə statusu alacaq.

Məlumat üçün bildirək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Mövzuya görə xəbərlər