Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başlayıb

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başlayıb

Bakı, TurkicWorld:

Mayın 14-də Türkiyədə keçiriləcək prezident və 28-ci parlament seçkiləri ilə bağlı xaricdə yaşayan türk vətəndaşlarının səsvermə prosesi başlayıb.

TurkicWorld xəbər verir ki, vətəndaşlar Türkiyənin xarici nümayəndəliklərində və gömrük komitələrində səsverə biləcəklər.

Qeyd edək ki, ümumilikdə 64 milyon 113 min 941 nəfər səsvermədə iştirak edəcək ki, bunlardan 3 milyon 416 min 98 nəfəri xaricdə yaşayır.

Xaricdə yaşayan seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir və bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfər təşkil edir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.