Son dəqiqə

Türkiyə İstanbul Murat Kurum

İstanbulda heç bir riskli struktur buraxmayacağıq – Murat Kurum

Bakı. TurkicWorld:

İstanbulda heç bir riskli struktur buraxmayacağıq.

TurkicWorld xəbər verir ki, bu haqda 'Dayanıqlı İstanbul Görüşləri Mitinqi'ndə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum bildirib.

"İstanbulda riskli 1,5 milyon bina ehtiyatını yeniləyəcəyik. Bunun 500 mini Anadoluda, 500 mini isə Avropa tərəfində yerləşəcək. Qalan 500 mini isə İstanbulda evi yerindəcə çevirərək riskli bir bina buraxmayacağıq" – deyə Kurum çıxış zamanı bildirib.

O qeyd edib ki, Türkiyə Prezidentinin rəhbərliyi ilə 113 min evin tikinti işlərinə start verilib.

“Bir neçə gün əvvəl Qaziantepdə və Kahramanmaraşda ilk evləri təhvil verdik. Cənab Prezidentimizin və dövlətimizin başçısının rəhbərliyi və Millətimizin dəstəyi ilə bir ildə 319 min yeni ev təhvil verəcəyik. Ümumilikdə 650 min yeni ev tikiləcək.” –deyə o bildirib.

Məlumat üçün bildirək ki, İstanbulda riskli 1,5 milyon bina ehtiyatının yenilənməsi planlaşdırılıb.

Mövzuya görə xəbərlər