Yeni Altay Tankı Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək - Ərdoğan

Yeni Altay Tankı Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək - Ərdoğan

Bakı. TurkicWorld:

Yerli və milli imkanlarla inkişaf etdirilən Yeni Altay tankı sınaqları tamamlanmaq üçün Türkiyə Silahlı Qüvvələrinə (TSK) təhvil veriləcək.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyə ordusunun qurudakı üstünlüyünü artıracaq Yeni Altay tankının təhvil verilmə mərasiminə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu mərasim münasibəti ilə dünyadan köçən bütün şəhid və qazilərimizi rəhmətlə yad edirəm. Yeni nəsil Altay tankımızın sınaq üçün təhvil verilməsi bizi həyəcanlandırır” – deyə o qeyd edib.

ALTAY tankı ilk prototipin istehsalından keçən müddət ərzində müasir döyüş mühitinin şərtlərinə uyğun olaraq yenilənib. Xaricdən satınalmalarda problem olan bir çox alt sistemlərin lokallaşdırılması, yeni texnologiyaların və yeniliklərin əlavə edilməsi ilə döyüş qabiliyyəti artırılıb. TSK-nın son illərdə həyata keçirdiyi əməliyyatlar çərçivəsində əldə etdiyi təcrübə ilə bağlı əlavə xüsusiyyətlər qazanan milli tank “Yeni ALTAY” adı ilə yenidən təyin olunub.

Məlumat üçün qeyd edək ki, tamamilə Türk Mühəndisləri tərəfindən hazırlanan Yeni ALTAY-ın digər mühüm xüsusiyyəti, inkişaf edən texnologiyaya uyğunlaşa bilən çevik bir arxitekturaya sahib olmasıdır.

Bu xüsusiyyət sayəsində Türkiyə Silahlı Qüvvələrinin gələcəkdə ehtiyac duya biləcəyi fərqli konsepsiyalara uyğun modernləşdirilməsi hədəflənib.