Son dəqiqə

Rusiya Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının (NGS)

“Türkiyə əsri” həm də "enerji əsri" olacaq - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə dünyanın ən mühüm nüvə güclərindən birinə çevriləcək. “Türkiyə əsri” həm də "enerji əsri" olacaq”.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Aprelin 27-də Akkuyu Atom Elektrik Stansiyasına təzə yanacağın gətirilməsi mərasimini keçirəcəyik. Sahəyə təzə yanacağın gətirilməsi ilə “Akkuyu”, nüvə müəssisəsi statusunu qazanacaq. Rusiya prezidenti cənab Vladimir Putin də mərasimə video-konfrans vasitəsilə qatılacaq. Ölkəmizin elektrik enerjisinin 10 faizi bu stansiyadan gəlir. İqtisadiyyata 6,5 ​​milyard dollarlıq qatqı təmin edəcək “Akkuyu” 7 milyard kubmetr təbii qaz idxalının da qarşısını alacaq", - deyə Ərdoğan bildirib.

Məlumat üçün bildirək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilmişdir.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Mövzuya görə xəbərlər