Türkiyə NATO üzrə mühüm müttəfiqimizdir - Lloyd Ostin

Türkiyə NATO üzrə mühüm müttəfiqimizdir - Lloyd Ostin

Bakı. TurkicWorld:

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Türkiyənin F-16 qırıcıları donanmasının modernləşdirilməsi istiqamətində atılan addımlar çərçivəsində Link-16 taktiki məlumat mübadiləsi şəbəkəsinin modernləşdirilməsi üçün Türkiyəyə avadanlıq tədarükünün Vaşinqton tərəfindən təsdiqlənməsinin vacibliyini qeyd edib.

TurkicWorld xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Stokholmda İsveçin müdafiə naziri Pal Conson ilə görüşündən sonra mətbuat konfransında jurnalistlərə bildirib.

Vaşinqtonun Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 parkının modernləşdirilməsi layihəsi ilə bağlı qərarının Ankaranı İsveçin NATO-ya daxil olmaq istəyini dəstəkləməyə həvəsləndirmək üçün atdığı addım olub-olmaması ilə bağlı suala cavab olaraq, L.Ostin bildirib ki, Vaşinqton "heç kəsi qərar qəbul etməyə tələsdirmək niyyətində deyil".

"Türkiyə NATO üzrə mühüm müttəfiqdir. (Bu ölkənin - red.) müasir imkanlara malik olması vacibdir. Onların (Türkiyə - red.) rəhbərliyinin nə vaxt qərar verəcəyi ilə bağlı proqnoz vermək fikrində deyiləm. Mən yalnız bir şeyi demək istərdim - erkən qərar böyük əhəmiyyət kəsb edir, çünki hamımız bu yay Vilnüsdə (NATO sammitində - red.) İsveçin yanımızda olmasını səbirsizliklə gözləyirik", - deyə L.Ostin bildirib.