Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan mitinq Türkiyə Prezident seçkiləri

Bir il ərzində zəlzələ bölgəsində 319 min ev tikəcəyik – Rəcəb Tayyib Ərdoğan

Bakı. TurkicWorld:

Bir il ərzində zəlzələ bölgəsində 319 min ev tikəcəyik.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyə Prezidenti üçüncü seçki mitinqi üçün Dənizlidə mühüm açıqlamalar verərkən bildirib.

“Bir il ərzində zəlzələ bölgəsində 319 min ev tikəcəyik. Ümumilikdə tikdiyimiz evlərin sayı 650 minə çatacaq. Bayramın ikinci günündə isə tikintisi başa çatan kənd evlərini təhvil verəcəyik” – deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, fevralın 6-da Türkiyənin bir çox vilayətində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 50 mindən çox insanın həyatına son qoyub.

Türkiyədə 14 milyona yaxın insan zəlzələlərdən zərər çəkib.

Mövzuya görə xəbərlər