Baykar şirkətini heç bir ölkəyə satmaq niyyətimiz yoxdur- Haluk Bayraktar

Baykar şirkətini heç bir ölkəyə satmaq niyyətimiz yoxdur- Haluk Bayraktar

Bakı, TurkicWorld

Türkiyənin Baykar şirkətini heç bir ölkəyə satmaq niyyətimiz yoxdur.

TurkicWorld xəbər verir ki, bu sözləri Baykar şirkətinin baş direktoru Haluk Bayraktar Kamal Kılıçdaroğlunun iddialarına cavab olaraq bildirib.

“Türkiyədə son 20 ildə texnologiya sahəsində əldə edilən uğurlar sayəsində ölkəmiz çox mühüm strateji qazanclar əldə edib. Baykar şirkətində hazırda 3500 gənc çalışır, şirkət dünyanın 29 ölkəsinə məhsul ixrac edir. Satışlarının 99.3 faizi ixracdan gələn şirkət heç bir dövlət qurumundan kredit və ya maliyyə vəsaiti almayıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, mayın 14- də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən Kamal Kılıçdıroğlu Baykar şirkətinin Amerikaya satılması ehtimalı barədə açıqlama vermişdi.