Türkiyənin şərqində iki PKK terrorçusu zərərsizləşdirilib

Türkiyənin şərqində iki PKK terrorçusu zərərsizləşdirilib

Bakı. TurkicWorld:

Türkiyə polisinin xüsusi təyinatlıları ölkənin şərqindəki Van vilayətinin Erciş rayonunda iki PKK terrorçusunu zərərsizləşdirib.

TurkicWorld -un məlumatına görə, bu barədə Türkiyə Baş Polis İdarəsindən bildiriblər.

Məlumata əsasən, Kəşfiyyat şöbəsi ilə əlaqəli şəkildə keçirilən əməliyyat Yanktəpə kəndi yaxınlığında keçirilib. Kəşfiyyat pilotsuz uçan aparatlardan istifadə edilib

Terrorçulardan biri, "Hejar Ronya Serhat" ləqəbli Sevilay Akyıldırım Türkiyədə "mavi" kod rəngi ilə axtarışda olan terrorçular siyahısında idi.

Əməliyyatın uğurlu keçirilməsini Türkiyənin daxili işlər naziri Süleyman Soylu da təsdiqləyib.