Türkiyənin Diyarbakır vilayətində xeyli sayda haker saxlanılıb

Türkiyənin Diyarbakır vilayətində xeyli sayda haker saxlanılıb

Bakı, TurkicWorld:

Türkiyənin Diyarbakır vilayətinin Polis idarəsinin Kiber Cinayətlərlə Mübarizə qrupları genişmiqyaslı əməliyyat keçirib.

TurkicWorld xəbər verir ki, əməliyyat nəticəsində Türkiyədə şirkətləri və dövlət məmurlarını hədəf alan 20 hakerlə yanaşı, çox saylı telefon, kompüter və rəqəmsal materiallar ələ keçirilib.

Bundan əlavə, qurumun rəhbərlərinin bir-birlərini yalnız virtual adlarına görə tanıdıqları və real həyatda heç vaxt görüşmədikləri bildirilib.

Məlumata əsasən, Polis idarəsində 20 şübhəlinin istintaqı davam etdirilir.