Son dəqiqə

TUSAŞ TEI Mahmut Faruk Akşit

TUSAŞ-ın aviasiya mühərrikləri Şərqi Anadoluda yüksək hündürlükdə sınaqdan keçiriləcək

Bakı. TurkicWorld:

TUSAŞ Motor Sanayii A.Ş. (TEI) aviasiya mühərriklərinin müxtəlif hündürlük şəraitində sınaqdan keçirilməsinə imkan verən mobil mühərrik sınaq bloku hazırlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə TEI-nin baş direktoru Prof. Dr. Mahmut Faruk Akşit bildirib.

"Mühərrikin dizaynı TEI - yə məxsusdur. Ən böyük çətinliklərdən biri mühərriki təyyarəyə birləşdirməzdən və səmaya qaldırmazdan əvvəl yüksək hündürlük şəraitində sınaqdan keçirməkdir. Mühərrik müxtəlif çətin şəraitlərdə sınaqdan keçirilməlidir ki, uçuş zamanı ən çətin vəziyyətlərdə yaranan problemlər aradan qaldırılsın və mühərrikin rəvan uçuşu təmin edilsin",- deyə direktor bildirib.

Mövzuya görə xəbərlər