Son dəqiqə

Türkiyə ABŞ TUSAŞ Türkiyənin Milli Döyüş Təyyarəsi

Türkiyənin Milli Döyüş Təyyarəsinin yerli mühərriklərinin hazırlanması prosesi davam edir

Bakı, TurkicWorld:

Türkiyənin Milli Döyüş Təyyarəsinin yerli mühərriklərinin hazırlanması prosesi davam edir, TurkicWorld-un məlumatına görə, bu sözləri Milli Döyüş Təyyarəsinin məhsul üzrə meneceri Benan Aylangan bildirib.

“Milli Döyüş Təyyarəsində hazırda ABŞ istehsalı mühərriklərdən istifadə olunur və sınaq prosesləri də bu mühəriklərlə tamamlanacaq. Lakin yaxın zamanlarda yerli mühərriklərdən istifadə üçün işlər görülür”, - deyə B.Aylangan əlavə edib.

Onun sözlərinə görə, yerli mühərrik çox aşağı istilik emissiya dəyərinə sahib olacaq.

Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan təyyarənin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər