Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində prezident namizədlərinin siyahısı açıqlanıb

Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində prezident namizədlərinin siyahısı açıqlanıb

Bakı,TurkicWorld:

Türkiyə “Rəsmi Qəzet”-ində mayın 14-də ölkədə keçiriləcək prezident və parlament seçkilərində prezident namizədlərinin siyahısı açıqlanıb.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, Kamal Kılıçdaroğlu, Muharrem İnce, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğanın namizədliyi təsdiq edilib.

Məlumata əsasən, qərarda namizədlərin doğum tarixləri və məzun olduqları ali məktəblərin məlumatları da yer alıb.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Prezident seçkilərinə Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Eski Genç Partiyanın rəhbəri Cem Uzan, Vatan Partiyasının rəhbəri və 2018-ci il seçimlərində Vatan Partiyasının rəhbər namizədi Doğu Perinçek, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan, həkim və siyasətçi Serdar Savaş, Kamal Kılıçdaroğlu, Yeniden Rifah Partiyasının rəhbəri Fatih Erbakan, Türkiyənin Texnoloji İnkişaf Partiyasının (TEK Parti) rəhbəri Ahmet Özal namizədliyini irəli sürüb.