Ankarada İŞİD terror qruplaşmasının 20-ə yaxın üzvü saxlanılıb

Ankarada  İŞİD terror qruplaşmasının 20-ə yaxın üzvü saxlanılıb

Bakı, TurkicWorld:

Ankarada İraq İslam Şam Dövləti (İŞİD) terror qruplaşmasının 19 üzvü saxlanılıb.

TurkicWorld-un məlumatına görə, anti terror əməliyyatı Ankara Polisi tərəfindən keçirilib.

Məlumata əsasən, saxlanılanların hamısının əcnəbi vətəndaş olduğu bildirilsə də onların vətəndaşlığı açıqlanmayıb. Hal-hazırda terror təşkilatının digər beş üzvünün axtarılması üçün əməliyyat keçirilir.

Əməliyyatın detalları haqqında geniş məlumat verilməyib.