Türkiyə İsveç üçün NATO qapısını bağlamayıb - İbrahim Kalın

Türkiyə İsveç üçün NATO qapısını bağlamayıb - İbrahim Kalın

Bakı. TurkicWorld :

Türkiyə İsveç üçün NATO qapısını bağlamayıb.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, rəsmi Ankaranın nöqteyi-nəzərindən Finlandiyanın NATO-ya üzvlüyünə heç bir maneə yoxdur.

“Finlandiya Türkiyənin tələbləri ilə bağlı daha şəffaf və konstruktiv mövqe tutub. Türkiyə İsveç üçün NATO qapısını bağlamayıb. İsveçdə antiterror qanunu iyunun 1-dən qüvvəyə minəcək. İsveçin NATO-ya daxil olması prosesi antiterror qanunu qüvvəyə mindikdən sonra ölkənin hansı addımlar atacağından asılı olacaq”, - deyə İbrahim Kalın bildirib.