Balıkəsir Universitetində meşəsalma işləri 15 İyul Şəhidlər Meydanı ətrafında ağacəkmə tədbiri ilə davam edir

Balıkəsir Universitetində meşəsalma işləri 15 İyul Şəhidlər Meydanı ətrafında ağacəkmə tədbiri ilə davam edir

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkəsir Universitetində meşəsalma işləri 2023-cü ilin dördüncü kollektiv iştirak proqramında 15 İyul Şəhidlər Meydanı ətrafında, rektorluqla üzbəüz keçirilən ağacəkmə tədbiri ilə davam edib.

Tədbirdə Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu, universitetin yüksək səviyyəli rəhbərliyi, senat üzvləri, akademik və inzibati heyət iştirak edib.

2023-cü ildə Mühəndislik Fakültəsi əlavə binasının qarşısından başlayan, Havran Peşə Məktəbində “Gələcəyə Nəfəs” mövzulu fidan əkmə tədbiri və 21 Mart Daun Sindromlularla Mübarizə Günü çərçivəsində, Çağuş şəhərciyində keçirilən fidan əkmə tədbiri ilə davam edən meşəsalma işlərinin dördüncüsündə "Şəhidlər Xatirə Meşəsi" üçün əkilib.

Balıkəsir Universitetində gələcəyə nəfəs verən və daha yaşıl bir mühit olmaq prinsipi ilə aparılan meşəsalma işləri fasiləsiz davam edəcək.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin Balıkesir universiteti arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 23-də imzalanıb.