Balıkesir Universitet Xəstəxanası ilə Balıkesir Böyükşəhər Belediyespor arasında əməkdaşlıq protokolu imzalanıb

Balıkesir Universitet Xəstəxanası ilə Balıkesir Böyükşəhər Belediyespor arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitet Xəstəxanası ilə Balıkesir Böyükşəhər Belediyespor arasında əməkdaşlıq protokolu imzalanıb.

Müvafiq protokolu BAÜN-ün prorektoru Prof. Dr. Murat Doğdubay və Balıkesir Böyükşəhər Belediyespor prezidenti İrfan Sarıgül imzalayıb.

Protokol çərçivəsində Balıkesir Universitet Xəstəxanası 2022-2023 mövsümündən başlayaraq 3 il müddətində Balıkesir Super Liqada Balıkəsir Böyükşəhər Belediyespor Təkərli Kürsü Basketbol komandasına müalicə, müayinə və təcili sağlamlıq xidmətləri sahəsində dəstək verəcək.

Protokola görə klub, Balıkesir Universiteti və Universitet Xəstəxanasının tanıtımını təmin etmək üçün qurumun tanıtım şəkillərinin komandanın ev oyunlarını oynadığı idman salonunda yerləşdirilməsini təmin edəcək.