Zəlzələnin Türkiyəyə vurduğu zərər 104 milyard dollar olub - Ərdoğan

Zəlzələnin Türkiyəyə vurduğu zərər 104 milyard dollar olub - Ərdoğan

Bakı. TurkicWorld:

Baş verən zəlzələ nəticəsində Türkiyəyə 104 milyard dollar zərər dəyib.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, zəlzələdən xəsarət alan bölgələr yenidən bərpa olunacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Həlak olanların sayı 50 mini ötüb.