22 mindən çox insan TOGG avtomobili almaq üçün müraciət edib

22 mindən çox insan TOGG avtomobili almaq üçün müraciət edib

Bakı. TurkicWorld:

Türkiyənin ilk elektrikli avtomobili olan TOGG T10X-i 22 min 50 nəfər sifariş edib.

TurkicWorld-un məlumatına görə, TOGG T10X üçün öncədən sifariş prosesi dünəndən etibarən başlayıb.

Martın 27-dək davam edəcək ilkin sifariş prosesindən sonra martın 28-də notariusun iştirakı ilə rəqəmsal tiraj keçiriləcək.

Məlumat üçün bildirək ki, bu ilin 14 mart tarixində Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un qiymətləri açıqlanıb.

“TX10” adı daşıyan avtomobilin başlanğıc dəyəri 953 min lirədir, TOGG transmissiyaya görə, üç fərqli model təklif edib.

V1 RWD Standart avtomobilin qiyməti 953 min lirə, V2 RWD Standart avtomobilin qiyməti 1 milyon 55 min lirə, V2 RWD Uzun mənzilli avtomobilin qiyməti 1 milyon 215 min lirədir.

TOGG 13 mart 2023-cü ildə satışa çıxarılıb, hədəfi 2030-cu ilə qədər bir milyon avtomobil istehsal etməkdir.

Twitter: @rufizoglu